Belqorodda fövqəladə vəziyyət rejimi tətbiq edilib - Rusiya təlaşda

Regionda yaranmış gərgin vəziyyətlə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qubernator Qladkov bildirib.

O deyib ki, federal səviyyədə fövqəladə vəziyyətin elan edilməsi planlaşdırılır.

Bu arada iki şəhər Ukrayna PUA-larının hücumuna məruz qalıb. Qaz xətti zədələnib. Bəzi məlumatlara görə, gecə saatlarında Krasnoyaruzski rayonunda Ukrayna Silahlı Qüvvələrinin cəbhəsini yarmaq üçün yeni cəhdlər olub.

Musavat.com

14.08.2024 09:23
715