Belqorod atəşə tutulub, ölən və yaralananlar var

Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov teleqramda açıqlayıb.

“Təəssüf ki, ölən var. Şəhərin atəşə tutulduğu vaxt həmin şəxs duracaqda olub. O, aldığı yaralardan təcili yardım gələnə kimi yerindəcə keçinib. 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – o qeyd edib.

Daha öncə səhər qubernator regionun atəşə tutulması sonucunda 16 yaşlı yeniyetmənin öldüyünü bildirmişdi.

Xatırladaq ki, martın 17-də Ukrayna Silahlı Qüvvələrinə tabe “Rusiyanın azadlığı” legionu Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsini ələ keçirdiyini bəyan edib.

Daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.//Report

17.03.2024 20:31
805