Belçikanın Baş naziri istefa verdi

Belçikanın Baş Naziri istefa verib.

APA xəbər verir ki, Baş Nazir Aleksandr De Kro partiyasının bugünkü seçkilərdə əldə etdiyi zəif nəticələrə görə sabah istefa verəcəyini açıqlayıb.

Onun partiyasının rəhbəri Tom Ongena də istefa verəcəyini bildirib.

10.06.2024 02:44
635