Belarusda prezident seçkiləri - Lukaşenkonun getmək fikri yoxdur

Belarusun Mərkəzi Seçki Komissiyası gələn ilin yanvarında keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun namizəd kimi irəli sürülməsinin dəstəklənməsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydə alınması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lukaşenkonun namizədliyinin müdafiəsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər oktyabrın 26-da Mərkəzi Seçki Komissiyasına daxil olub.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.

Prezidentliyə namizəd kimi irəli sürülmək istəyənlər 2024-cü il noyabrın 1-dən gec olmayaraq zəruri sənədləri MSK-ya təqdim etməlidirlər.

Prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması noyabrın 7-dən dekabrın 6-sı daxil olmaqla davam edəcək. Prezidentliyə namizəd olmaq istəyən ən az 100 min vətəndaşın imzasını almalıdır.

Musavat.com

29.10.2024 17:07
551