Belarusda hökuməti devirmək istəyənlərdən etiraf: "Lukaşenkonun helikopterini vuracaqdıq"

Belarusda hökuməti devirmək istəyən sui-qəsdçilər ölkə Prezidenti Aleksandr Lukaşenkonun helikopterini vurmağı planlaşdırırmışlar.

Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, iş üzrə təqsirləndirilən şəxslərdən biri Yuri Zenkoviç cinayət niyyətləri barədə etiraf edib.

"Dövlət başçısının helikopterini ya havaya qalxarkən, ya da enərkən iriçaplı pulemyotdan vurmağa hazırlaşırdıq", - deyə Zenkoviç bildirib.

Qeyd edək ki, 2022-ci ildə Yuri Zenkoviç Belarusda hakimiyyəti ələ keçirmək cəhdində təqsirli bilinib və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını gücləndirilmiş rejimli koloniyada çəkir.

19.09.2024 00:59
509