Sentyabrın 23-dən bir sıra sənaye mallarının, o cümlədən avtomobillərin Belarusdan kənara çıxarılmasına icazə verilməyəcək.
Azpost.info xəbər verir ki, məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə ixrac proseslərinə də təsir edəcək.
Bununla bağlı imzalanan fərmanda yer alan siyahıda avtomobillərdən başqa, motosikletlər, velosipedlər, tibbi cihazlar, smartfonlar, nüvə reaktorları da var.