Bəhreynin ordu komandanı İrana xəbərdarlıq edib - FOTO

Bəhreyn ordusunun komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İranı bölgədə terrorçuluqda və sabitliyi pozmaqda ittiham edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Xəlifə bin Əhməd əl-Xəlifə İran körfəzi ölkələrinə qarşı davamlı təhdid və terrora görə molla rejiminə etibar etmədiklərini deyib.

Komandan İranı düşmənçilik siyasətinə son qoymağa çağırıb:

“Körfəz Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilir və biz bütün variantlara hazırıq”. 

07.02.2023 18:47
1491