"Bəhram Bağırzadə fit çalır, Murad Dadaşov fikrə qərq olub, Vado müəllim isə..."- Deputatdan sərt reaksiya

 

Millət vəkili Etibar Əliyev Space TV-də gedən islahatları sərt tənqid edib.

Musavat.com bildirir ki, bu barədə deputat öz Facebook səhfəsində qeyd edib:

“Space TV-nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda ittiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görünür ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq. Ancaq gözləntilərimin əksi baş verdi. Yalançı elmə (rusca ljenauka) üstünlük verdi. 

Yəqin ki, yaxın günlərdə İlham Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək".

Millət vəkili qeyd edib ki, bu cür şəxsləri efirə çıxartmaqdansa, ekranda cizgi filmlərinin sayını çoxaltmaq lazımdır.

Etibar Əliyev bu günlərdə Əməkdar artist Bəhram Bağırzadənin toyda fit çalması ilə bağlı yayılan videoya da münasibət bildirib:

"Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar”.

 

Xalidə Gəray
Musavat.com

21.06.2023 14:00
7339