“Beer Coin”də ofisiant xanıma görə dava düşüb

Nizami rayonunda yerləşən “Beer Coin” restoranında müştərilər arasında dava düşüb. Davaya səbəb müştərilərdən birinin ofisiant xanımla münasibət qurmaq istəməsi olub.

Musvat.com xəbər verir ki, restoranda müştəri kimi əyləşən Marif digər müştəri Samirin onun masasına xidmət edən ofisiant xanımla tanışlıq qurmaq istəməsinə əsəbiləşib.

Marif Samirə yaxınlaşaraq ofisiant xanımla münasibət yaratmaq istəməsinə irad bildirib və mübahisə ediblər.

Mübahisə zamanı Samirə yumruqla zərbə vuran Marif xuliqanlıqda təsirli bilinib.

Hadisə baş verən vaxt sərxoş olan Marif əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Samir də Marifi bağışladığını deyib.

Məhkəmənin hökmü ilə Marif 8 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İ.Muradov
Musavat.com

19.04.2025 14:35
496