"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar

Estetik əməliyyatla görünüşündə dəyişiklik edən müğənni Türkan Vəlizadənin əməliyyatdan sonrakı halı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musavat.com yenicag.az-a istinadən xəbər verir ki, sənətçinin dəyişimi sərt tənqidlərə səbəb olub. Bu isə müğənninin fanatları arasında qarşıdurma yaradıb.

İzləyicilərin əksəriyyəti Türkanın yeni görünüşünü bəyənməyib və yazılan rəylərdə onu lağa qoyublar.

"Sən artıq sən deyilsən, Bayram Nurlunun əkiz taylarından biri olmusan. Elə bil, sifətini eşşək arısı vurub. Bütün şirinliyin gedib. Əvvəllər bundan gözəl idin, təbii gözəllik başqa şeydir. Niyə özünü bu günə qoydun? Vallah, paxıllığım tutmur. Arı sancıb üzünü. Müqəvvəya oxşayırsan. Bunun dodağı nə gündədi?.."
Ətraflı

Bir qrup izləyici isə Türkanın müdafiəsinə qalxaraq, onun əməliyyatdan sonra daha da gözəlləşdiyini vurğulayıblar:

"Heç kimə fikir vermə, çox gözəlsən, həm də şirin. Belə lap dünya gözəlisən. Yaxşı edib, əməliyyat etdirmisən. Bomba kimisən. Hər kəsin şəxsi işidir, neylədiyini də özü bilər. 60 yaşında səhnədə soyunanlara heç nə demirsiz?.."

Fotoları təqdim edirik:

24.04.2024 15:12
1664