Bayram günlərində əhali bu qidalardan zəhərlənib - baş toksikoloq açıqladı

Bayram günlərində əhalinin zəhərlənməsinə səbəb olan qidalar məlum olub.

Bu barədə Musavat.com-a şərh verən Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, zəhərlənmələr əsasən mayonez tərkibli salatlardan və evdə konservləşmiş şoraba, tutmalardan olub.

Qeyd edək ki, bayram günlərində (18-31 marta qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım (KTM) şöbəsinə 62 nəfər qəbul edilib.Bu barədə mediaya KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdə ürəkbulanma, qusma və mədə şikayətləri olub. Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.

Afaq Mirayiq,
Müsavat.com

01.04.2025 16:07
344