Bayraktaroğlu Mirzəyevlə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ndə - FOTO

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Türk Kara Kuvvetleri Komandanı, Ordu generalı Selçuk Bayraktaroğlu, Azərbaycan Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı, general-leytenant Hikmət Mirzəyev və general-polkovnik Bəxtiyar Ersay Gəncə şəhərində Gəncədə “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi”ni ziyarət ediblər.

Musavat.com xəbər verir ki, qonaqlar 1918-ci ildə Nuru Paşanın Gəncədə qaldığı ocağı, dostu və silahdaşı Nağı bəy Şeyxzamanlının evini, “Nuru Paşa-Şeyxzamanlılar ev-muzeyi” də olan eksponatlara və o dövrüdə tarixi sənədlərə baxıblar.

Qonaqlara Gəncədə formalaşan və ölkənin şərq hissəsini döyüşlərlə işğaldan azad edərək, Bakını xilas etmiş Qafqaz İslam Ordusunun şanlı qəhrəmanlıq tarixindən qısa məlumat verib, bolşevik işğalından bir ay sonra 12000-dən çox şəhid verərək, bir həftə mübarək üçrəngli bayrağımızı vətən səmasında dalğalandıran və 1920-ci il 28 May günü düşmənin amansız bombardmanı altında müstəqillik paradı keçirən Gəncə Üsyanı qəhrəmanları haqda bilgilər verilib.

22.05.2024 10:45
1160