"Baydenlə bugünkü görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq”

“Amerikalı həmkarım Cozef Baydenlə bugünkü görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.

O, ölkəsinin qələbəsinə inandığını söyləyib.

Qeyd edək ki, Bayden Kiyevdə səfərdədir.

20.02.2023 14:53
462