Baydenin sözləri Harrisə baha başa gələ bilər

ABŞ lideri Co Baydenin bəyanatları Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harrisin məğlubiyyətinə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalı sosioloq Frank Lansa istinadla yazıb.

Lans Baydenin respublikaçı prezidentliyə namizəd Donald Trampın seçicilərini “zibil” adlandıran bəyanatını şərh edərkən bu qənaətini dilə gətirib.

“Bu, hansısa komediyaçının dəvət edilməli olmadığı mitinqdə axmaq və təhqiredici sözlər danışması deyil. Bu, ABŞ prezidentidir ki, öz vitse-prezidentini dəstəkləyir, nəsə deyir, onun dediklərinin müxtəlif şərhləri olsa da, yenə də yersizdir”, - deyə sosioloqı bildirib.

Lans əlavə edib ki, Tramp hipotetik olaraq 2016 və 2020-ci illərdə demokratlara səs verən, lakin özünü “partiya tərəfindən tərk edilmiş” hiss edən ortayaşlı kişilərdən faydalana bilər.

Bu arada Tramp zibil maşınına minib və beləliklə, Baydenə cavab verib. ABŞ prezidentinin onun yanlış başa düşüldüyünü israr etməsinə baxmayaraq, hətta Harris də amerikalı seçicilərin siyasi baxışlarına və seçimlərinə əsaslanan istənilən tənqidə qarşı çıxıb.

Görünür, buna görə Kamala Harris prezident Baydeni öz seçki kampaniyasına çox da yaxın buraxmır, anlayır ki, qoca Baydenin ehtiyatsız açıqlamaları ona yalnız ziyan gətirəcək.

Musavat.com

31.10.2024 11:13
522