Baydenin dövründə ABŞ gündə 5-6 milyard dollar itirirdi - Tramp

ABŞ əvvəlki prezident Co Baydenin ticarət siyasətinə görə gündə 5-6 milyard dollar itirirdi.

Musavat.com xəbər verir ki, bunu hazırkı ABŞ prezidenti Donald Tramp NBC News telekanalına müsahibəsində deyib: "Bayden dövründə biz gündə 5-6 milyard dollar itirirdik. Mən bunu rekord müddətdə əla səviyyəyə endirdim. Cəmi 100 gündür, amma təsəvvür edin, ticarətdə gündə 5 milyard dollar itirirdik".

O, tətbiq etdiyi tariflərin “ABŞ-ı çox zəngin ölkəyə çevirəcəyinə” əmin olduğunu bildirib və medianı onun tarif siyasətini həddən artıq tənqid etməkdə ittiham edib.

Musavat.com

04.05.2025 23:27
406