ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində respublikaçı seçicilər arasında Co Baydenə qarşı ən güclü namizəd sayılır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Nyu-Cersi ştatında yerləşən Monmut Universitetinin keçirdiyi sorğunun nəticələri bunu göstərir.
“Respublikaçılar Partiyasına meyl edənlər də daxil olmaqla, respublikaçı seçicilərin təxminən yarısı (45%) Trampın 2024-cü ildə Baydenə qalib gəlmək üçün mütləq ən güclü namizəd olduğunu düşünür”, - deyə araşdırmada bildirilir.
Respublikaçılar Partiyasından olan 14 namizəd arasında 54% Trampın namizədliyini dəstəkləyir, Florida ştatının qubernatoru Ron DeSantis və sahibkar Vivek Ramasvami müvafiq olaraq 22% və 5% səslə ikinci və üçüncü sırada gəlir.
Monmut Universitetində keçirilən sorğu iyulun 12-dən 19-dək telefon və onlayn rejimdə aparılıb, 681 respublikaçı seçicini əhatə edib. Statistik səhv təxminən 5,9 faiz civarında ölçülür.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib. Tramp 2022-ci ilin noyabrında prezidentlik uğrunda mübarizəyə girəcəyini açıqlayıb.
Musavat.com