Baydendən yeni pandemiya ilə bağlı xəbərdarlıq: "Bu, şübhəsiz ki, olacaq"

ABŞ Prezidenti Cozef Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib: “COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”.

O qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir. “Bu, şübhəsiz ki, olacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Daha əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts demişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.

15.12.2022 10:32
755