Baydendən ŞOK AÇIQLAMA: Tamamilə məhv edilməlidir

Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məhv edilməlidir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

"Bəli, mən belə hesab edirəm", - o CBS müxbirinin müvafiq sualını cavablandırarkən deyib.

Bayden iki müstəqil dövlətin, İsrail və Fələstinin birgə yaşaması konsepsiyasının olduğunu vurğulayıb. 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbələri endirilib. Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Musavat.com

16.10.2023 08:57
1316