Baydendən SENSASİON İDDİA - İkinci Dünya müharibəsi zamanı adamyeyənlər əmimi...

ABŞ prezidenti Co Bayden əmisi Ambrose Finneqanın ölümüylə bağlı sensasion iddia ilə çıxış edib. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, Amerika Hərbi Hava Qüvvələrində xidmət edən əmisinin İkinci Dünya müharibəsi zamanı Papua-Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyini bildirib.

"O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki Yeni Qvineyanın bu hissəsində həqiqətən çoxlu adamyeyən var idi", - o deyib.

Qeyd edək ki, Co Baydenin əmisi Ambrose Finneqan İkinci Dünya Müharibəsi zamanı təyyarə qəzasında həlak olub.

Musavat.com

 

18.04.2024 16:47
1077