Bayden yenə prezidentləri qarışdırdı - Zelenskini Putin deyə çağırdı

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskini səhnəyə çağıraraq "Cənablar və xanımlar, prezident Putin buradadır" deyib.

Musavat.com bildirir ki, NATO Sammiti çərçivəsində "Ukrayna sazişi"nin imzalanması mərasimində çıxış edən Bayden Zelenskini səhnəyə "Putin" deyə çağırıb.

Daha sonra o Putin yerinə Zelenski deməli olduğunu xatırlayıb və "Üzr istəyirəm! Putinə qələbə çalmağa o qədər fokuslanmışam ki", - deyə özünə bəraət qazandırıb.

@@TVmusavat/90586@@

12.07.2024 08:38
1146