Bayden və Trampdan hansı seçilsə, zərər çəkən Çin olacaq - PROQNOZ

Amerika seçkilərində kimin (Co Bayden və ya Donald Tramp) qalib gəlməsindən asılı olmayaraq, əsas uduzan tərəf Çin iqtisadiyyatı olacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Bloomberg agentliyinin hazırladığı materialda qeyd olunub.

Nəşrin yazdığına görə, namizədlərin yanaşmaları fərqlidir, lakin onlardan hər hansı birinin qələbəsi təqdirində Pekin zərər çəkəcək. Məsələn, Tramp Çindən idxal olunan bütün əmtəələrə 60 faizlik rüsum tətbiq etməyə hazırdır və bu, Amerika şirkətlərinə zərər versə belə, 575 milyard dollarlıq ticarəti məhv edəcək.

Eyni zamanda, rəqibinin ritorikası Ağ Ev rəhbərini indi Çinə qarşı daha sərt davranmağa məcbur edə bilər. Ən azı Bayden xatırlayır ki, bu məsələdə sərt mövqe artıq keçmiş seçkilərdə özünü doğruldub.

Baydenin Çinə zərər vermək üçün kifayət qədər imkanları var. Bunun tariflərə çatacağı ehtimalı azdır, lakin məlumatların əldə edilməsinə və ötürülməsinə qadağa, eləcə də elektriklə işləyən nəqliyyat vasitələrinə qoyulan məhdudiyyətlər Çin iqtisadiyyatı üçün perspektivləri pisləşdirəcək.

Pekin iki namizəddən hansının daha böyük təhlükə olacağına əmin deyil. Trampın bəyanatları daha radikaldır, o, gözlənilməzdir, amma sövdələşmələr etməyi sevir. Öz növbəsində, Bayden daha ehtiyatlı davranır, lakin o, ardıcıldır.

Politoloqlar proqnozlaşdırırlar ki, yaxın illərdə ABŞ-ın əsas problemi hər gün daha da qüdrətlənməkdə olan Çinin iqtisadi və hərbi yüksəlişini durdurmaq olacaq.

Musavat.com

13.02.2024 11:55
495