ABŞ hazırda Floridaya yaxınlaşan yeni “Milton” qasırğasının təsirinə hazır deyil.
Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə Amerika Fövqəladə Halların İdarə Olunması Agentliyi bildirib.
Media yazır ki, Co Bayden “Milton” qasırğasının gəlişinə hazırlıq işlərini izləmək, həmçinin Helen fəlakətinin nəticələrini aradan qaldırmaq üçün görülən işlərə nəzarət üçün Almaniya və Anqolaya səfərlərini təxirə salıb.
Mütəxəssislərin fikrincə, bu anlarda “Milton” təhlükəli- beşinci kateqoriyaya yüksəlib.
Antoni Blinken də “Milton” qasırğası səbəbindən Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Almaniyaya səfərini ləğv edib. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
ABŞ dövlət katibi prezident Co Baydenin ardınca Almaniyaya səfərini ləğv etdiyini açıqlayıb.
Almaniyada Amerika prezidenti və ABŞ dövlət katibinin Ramşteyndəki beynəlxalq sammitdə iştirak etmələri nəzərdə tutulurdu.
Musavat.com