“The Wall Street Journal” öz redaktor məqaləsində yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası əslində Ukrayna ilə bağlı ABŞ Konqresinə verdiyi vədi tutmadı.
Musavat.com xəbər verir ki, adı çəkilən nəşr ABŞ Konqresinin bu yaz Kiyev hakimiyyətini dəstəkləməyə vəsait ayırması üçün şərtlərindən birinin qanunvericilərə “45 gün ərzində ABŞ-ıninUkraynaya yardım strategiyası” ilə təmin etmək olduğunu, ancaq bu vədi yerinə yetirmədiyini yazıb.
Bunun əvəzinə Bayden administrasiyası “lazım olduğu qədər” Kiyevi dəstəkləyəcəyinə dair ümumi ifadələrin arxasında gizlənib.
Musavat.com