Bayden Trampın ünvanına dediyi ağır sözlərdən imtina etmir - Ağ Ev

Hazırkı ABŞ lideri Cozef Bayden yeni seçilmiş prezident Donald Trampa qarşı ağır ifadələrdən əl çəkməyəcək.

Musavat.com xarici mediaya isinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Prezident inanır ki, o, Amerika xalqı ilə dürüst olmalıdır. Onun dedikləri hələ də doğrudur. Və təkcə o deyil. Siz bunu keçmiş işçilərdən, keçmiş baş qərargah rəisindən, generaı Con Kellidən və başqalarından eşitmisiz”, - Jan-Pier bildirib.

O, Baydenin Ağ Evdə Trampla görüşdə seçki yarışı zamanı təhqiramiz ifadələrinə görə üzr istəməyi zəruri hesab edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb.

Jan-Pyer oktyabrın sonunda bildirmişdiı ki, Bayden Trampı faşist hesab edir. Trampa qarşı bu ifadələri Kelli və sabiq baş qərargah rəisi Mark Milley də işlədiblər. Onların hər ikisi Trampın rəhbərliyi altında çalışsalar da, sonra qəfil onunla yolları ayırıblar.

Həm Bayden, həm də prezidentliyə namizəd olmuş vitse-prezident Kamala Harris dəfələrlə Trampın ölkədə demokratiya üçün təhlükə yaratdığını bəyan ediblər.

Musavat.com

14.11.2024 14:04
797