“ABŞ diplomatiyasında səfirlərlə yanaşı, qəbul edən ölkələrin rəhbərlərinə də məktublar göndərmək adətdir. Samanta Pauerin 2023-cü ildə Ermənistana səfərini və Co Baydenin baş nazirə göndərdiyi məktubu xatırlayaq. Mən burada bu baxımdan qeyri-adi bir şey görmürəm”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Sərkisyanın statusunda yer alıb.
Onun sözlərinə görə, Baydenin Azərbaycan və Ermənistan rəhbərlərinə ünvanladığı məktubların məzmununda qeyri-adi heç nə yoxdur. Bu, ABŞ-ın rəsmi mövqeyinin hamılıqla qəbul edilmiş dil və təşviqedici sözlərlə əks olunmasıdır.
“Burada ən vacib şey vaxtdır. Bayden administrasiyasının hakimiyyəti tam olaraq Tramp və ya Harrisə ötürməsi üçün 3 ay qalıb. Təbii ki, Bayden administrasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına verdiyi dörd illik töhfənin məntiqi nəticəyə çatmasını istəyir və Bayden haqlı olaraq sülh sazişinin xaç atasına çevrilməyi arzulayır. Bayden başa düşür ki, region nə Tramp, nə də Harris administrasiyası üçün prioritet olacaq. Digər tərəfdən, o, sülhməramlı olaraq yadda qalmaq istəyir”, - deyə Sərkisyan qeyd edib.
Musavat.com