Bayden Rusiyadan uran idxalını qadağan edib

ABŞ prezidenti Co Bayden Rusiyadan ABŞ-a uranın idxalını qadağan edən fərman imzalayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənədə görə, bazar ertəsi Bayden “Rusiya Federasiyasında və ya Rusiya şirkəti tərəfindən istehsal olunan şüalanmamış, az zənginləşdirilmiş uranın idxalını qadağan edən” sərəncam imzalayıb.

Musavat.com

14.05.2024 11:35
450