ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi fəaliyyətinin qalan aylarında diqqətini Ukraynanı dəstəkləməyə yönəldəcək.
“Bloomberg“ xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
“Söhbət Ukraynanı dəstəkləməkdən gedirsə, biz keçən hər günə dəyər verəcəyik”, - Sallivan vurğulayıb.//APA