Əksər amerikalılar hesab edir ki, ABŞ prezidenti Co Baydenin Meksika ilə sərhəd təhlükəsizliyi siyasəti daha sərt olmalıdır.
Musavat.com xarici mediayaa istinadla xəbər verir ki, müvafiq məlumat “Fox News”-un keçirdiyi sorğu nəticəsində əldə edilib.
Əldə edilən məlumata görə, respondentlərin 82%-i ABŞ-Meksika sərhədi ilə bağlı Ağ Ev rəhbərinin seçdiyi vektora qarşı çıxıb. Bildirilir ki, sorğuda iştirak edən Demokrat Partiyası tərəfdarlarının 71%-i prezidentin seçdiyi siyasəti kifayət qədər sərt adlandırıb və əlavə tədbirlərin görülməsini tələb edib. Analitiklərin fikrincə, respondentlərin 57%-i Meksika ilə sərhəddə divarın tikintisinin davam etdirilməsinin zəruri olduğuna inanır.
Sorğu telekanal tərəfindən oktyabrın 6-dan oktyabrın 9-dək aparılıb və 1007 nəfər iştirak edib.
Qeyd edək ki, Meksika ilə sərhəddə hündür divar hörülməsi ideyası eks-prezident Donald Trampa məxsusdur və amerikalıların çoxu bu təşəbbüsü dəstəkləyirdi.
Musavat.com