ABŞ prezidenti Co Bayden HƏMAS yaraqlılarının hücumu ilə əlaqədar İsrailə əlavə yardım göstərilməsinə göstəriş verib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Bu səhər Milli Təhlükəsizlik Qrupu prezident Co Bayden və vitse-prezident Kamala Harrisə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib", - deyə yayımlanan bəyanatda qeyd olunur.
Ağ Ev hansı yardımdan söhbət getdiyini açıqlamayıb.
Musavat.com