Bayden İsrailə GEDİR

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü gözlənilir.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Xatırladaq ki, B.Netanyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

16.10.2023 16:04
715