Bayden İranın İsrailə hücumundan sonra niyə çıxış etməyib? – Səbəb

Amerika lideri Cozef Bayden İranın İsrailə hücumundan dərhal sonra televiziya ilə xalqa müraciət edə bilərdi, lakin bu ideyadan vaz keçib.

Musavat.com xəbər verir ki, ABŞ-da çıxan “Politico” qəzeti bu imtinanın səbəbləri barədə Amerika administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin qaynaqlarının sözlərinə görə ABŞ prezidentinin köməkçiləri Bydenin çıxışından sonra İran-İsrail münaqişəsinin daha da gərginləşməsindən ehtiyat ediblər.

"Bayden İranın zərbəsindən sonra bilərəkdən ictimaiyyət qarşısına çıxmadı", - mənbələr bildiriblər.

Belə bir çıxışın təşkili üçün konkret plan olmayıb. Qeyd olunur ki, bu ideya həyata keçirilsəydi, vəziyyət daha da gərginləşərdi..

İranın İsrailə hücumu Təl-Əvivin Suriyada İran konsulluğunu vurmasına cavab olub. Hadisədən dərhal sonra Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və onu İranın raket hücumuna cavabı gecikdirməyə inandırıb.

Musavat.com

15.04.2024 12:25
428