Bayden İrana çağırış etdi

ABŞ Prezidenti Co Bayden İranı İsrailə zərbə endirməməyə çağırıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bayden bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Biz İsraili dəstəkləyəcəyik, onu müdafiə etməyə yardım edəcəyik. İran uğura nail olmayacaq", - deyə ABŞ lideri qeyd edib.

Hazırda İrana hansı mesajı vermək istədiyinə dair suala isə Bayden "Bunu etməyin" deyə cavab verib.

13.04.2024 13:07
1043