ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd Donald Trampa telefon açıb.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar səmimi söhbət ediblər və keçmiş prezident Tramp zəngə görə minnətdarlığını bildirib.
Bundan əvvəl Tramp Bayden və vitse-prezident, Demokrat namizəd Kamala Harrisi seçki kampaniyası ritorikasında ona qarşı zorakılığı təhrik etməkdə ittiham etmişdi.
Məlumat üçün bildirək ki, sentyabrın 15-də Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub.
Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.
Hadisə ilə bağlı Trampın seçki qərargahı açıqlama yayıb:
“Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizlikdədir”.
Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.
Qeyd edək ki, Tramp 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından yaralanmışdı.
Musavat.com