Azərbaycanın niyə Qərbin bəzi təşkilatlarının və Fransanın hədəfinə çevrilməsinin aşağı - yuxarı səbəbi bəllidir. İzahat belədir ki, Qarabağdakı 30 ildən artıq davam edən münaqişənin hərbi-diplomatik həlli, üstəlik də güclü dəstəyi olan ermənilərin ötən il Xankəndidən könüllü olaraq köçməsi Qərbin planlarının içinə “gül qoyub”. Plan deyəndə, o da gizli-şifrəli deyildi. Torpaqlarımızın işğalda qalması və bu istiqamətdə mənasız danışıqların illərlə davam etməsi Qərbin Azərbaycan üzərində nəzarət mexanizmi yaratmışdı. İşğal 94-cü ilin neft kontraktları da daxil olmaqla Bakını güzəştlərə vadar edəcək digər təzyiq rıçaqları da yaratmışdı.
Bu rıçaqların əllərindən çıxması kənardan bizə adi proses kimi gələ bilər, amma əslində Qərbin strateji planları pozulub. Yeni strategiya qurub həyata keçirmək isə bu şərtlər altında o qədər də asan deyil. Ona görə məsələn, Fransanın Bakıya qarşı davamlı həddini aşan, kobud davranışlarına şahidik...
Bakıya qarşı basqıların səbəblər sırasında ən əvvəl Prezident İlham Əliyevin cəsarətli həmlələri, Azərbaycanı mürəkkəb geosiyasii oyunlardan sığortalayan ağıllı siyasəti dayanır. 20 il əvvəl hakimiyyət gəlmiş İlham Əliyevlə 20 il sonra yenidən prezident olmaq istəyən İlham Əliyev arasında ciddi fərqləri ən yaxşı görən də elə Qərbdir.
Dəyişən dünyada müstəqil siyasət yürütmək istəyən dövlət liderləri indi barmaqla sayılacaq qədərdir ki, onlar da daima hədəfdədirlər. Çoxda uzaq olmayan keçmişdə Latın Amerikasında sözəbaxmaz, xüsusilə anti-Amerika ovqatlı bəzi liderlərinin (məsələn, Venesuala prezidenti Uqo Çaves) müəmmalı ölümü və ya sağalmaz xəstəliyə düçar olaraq vəzifədən kənarlaşdırlmasını(məsələn, Paraqvay prezidenti Fernando Luqonun) yada salmaq olar. İndi də Lukaşenko(Belarus) ,Vuçiç(Serbiya), Ərdoğan(Türkiyə), Orban (Macarıstan), Si Çinpin(Çin), Maduro(Venesuella), Putin(Rusiya) və digərləri bu “fərqləndirmə” slyahısında var. Azərbaycan liderinə münasibətdə həm Avropada, həm ABŞ da sərt siyasət yürütmək barədə çağırışların artdığının da fərqindəyik. Əgər bu prezidentlərdən birini Zelenski kimi özlərinin pul kisələrindən asılı vəziyyətə salsaydılar, onları da bağrına basar, ayaqüstə alqışlayardılar.
Azərbaycan liderinin hədəfə alınması, ölkədəki dini, siyasi vəziyyəti qara rəngdə təqdim etmək Prezident Əliyevin müstəqil siyasətinə Qərb təsissatlarını özünəməxsus etiraz formasıdır. Yaxınlaşmaqda olan növbədənkənar seçki isə Azərbaycana müdaxilələr etmək üçün əlavə imkanlar yaradıb. Heç kim iddia etmir ki, ölkədə siyasi və sosial sahələrdə, məhkəmə hakimiyyətində, eləcə də idarəetmədə problemlər yoxdur. Əlbəttə ki, var. Amma bunlar xaricdən “icrası vacib direktiv” formasında gəlməməlidir.
Budəfəki prezident seçkisinin əvvəlkilərdən fərqi göz önündədir. Qarabağ problemini təməli həllinə nail olmuş bir lider xalqından istədiyi mandatı da, dəstəyi də alacaq. Bu isə seçkiyə ən müxtəlif vasitələrlə müdaxilə imkanlarını minimuma endirir. Ənənəvi müxalifəti xalq yaddaşından çıxarıb, onlardan daha Qərbə də fayda yoxdur. Həbslərə gəlincə, kim günahsızdırsa, onu uzun müddətə “içəridə” saxlamaq zatən mümkünsüzdür. ABŞ da onlarla adam, həm də nədənsə, əksəriyyəti də qaradərili olanların məhkəmə qərarından 20-30 il sonra günahsız yerə həbsdə yatdığını yada salaq.
Amerikada prezident hər il hinduşkanı, Azərbaycanın dövlət başçısı isə cinayət törətmiş məhbusları əfv edir.(İlk “əfv” prezident Abraham Linkoln tərəfindən oğlu Tadın ondan hind quşunu yeməməsi istəyi ilə baş tutub.Prezidentlərin əksəriyyət isə bu ənənədən əylənmək fürsət kimi istifadə edir).
...Amerika Fransanın onlara hədiyyə etdikləri “Azadlıq heykəli”nin adını bir gün mütləq dəyişəcək. Çünki Fransa insan azadlığını azğınlıqla qarışıq salan ölkədir. Makronun yeni təyin etdiyi “ərə getmiş kişi” baş nazirin ölkəsinin senatının Azərbaycanla bağlı qəbul etdikləri sənədə necə ciddi münasibət bildirəsən? Bu insan haqql deyil, əxlaqslzlığın, təbiətin, ənənəvi ailə münasibətlərinin deqradasiyasıdır. Öz ocaqlarının başına...
Nazim SABİROĞLU,
Musavat.com