ABŞ Prezidenti Co Bayden Finlandiya və İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlük protokollarını ratifikasiyası üçün Senata göndərib.
Musavat.com Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Mən bu sənədi Finlandiya Respublikasının və İsveç Krallığının NATO-ya qoşulması üçün 1949-cu il tarixli Şimali Atlantika Müqaviləsinə aid protokolları ratifikasiya etmək üçün Senatın razılığını almaq məqsədilə təqdim edirəm", - deyə sənəddə deyilir.