Bayden elə zarafat etdi ki, jurnalistlər qəhqəhə çəkdi

ABŞ prezidenti Cozef Bayden zarafatla seçki yarışına qayıtdığını deyib.

Musavat.com xəbər verir ki, o bu barədə zarafatı Ağ Evdə jurnalistlərlə görüşündə edib.

Onun "mən seçki yarışına qayıtdım",- deməsi otaqda gülüşə səbəb olub.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Co Bayden Amerika Birləşmiş Ştatlarının rəhbəri postuna noyabrda keçiriləcək seçkilərdən imtina edib. Üstəlik, siyasətçi bunu şəxsən deyil, X sosial şəbəkəsində paylaşım edərək elan edib. O, vitse-prezident Kamala Harrisə səs verməyə çağırıb. Siyasətçi hesab edir ki, K. Harris,Ağ Evin sahibəsi olmağa layiqdir.

@@TVmusavat/97526@@

Şahanə Rəhimli
Musavat.com

05.10.2024 02:36
827