Bayden alçaq trapdan istifadəyə keçib - yıxılmamaq üçün

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden yıxılma riskini azaltmaq üçün təyyarəyə minərkən alçaq trapdan (nərdivan) daha tez-tez istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Amerika liderinin köməkçilərinə istinadən “Politico” qəzeti məlumat yayıb.

Bildirilir ki, Baydenin komandası adətən pis havalarda istifadə edilən qısaldılmış keçiddən istifadə etməyə başlayıb. Bu, prezidentin səfərlərini asanlaşdırmaq və yıxılma ehtimalını azaltmaq üçün edilib.

Qeyd olunur ki, belə nərdivandan Baydenin Vilnüs, London və Helsinkiyə uçuşları zamanı istifadə oliunub.

Musavat.com

 

 

20.07.2023 18:05
379