Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib.
Sirski qeyd edib ki, şəhərdə vəziyyət çətindir: “İndiki vəziyyətdə Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Daha açıq izah etsək, onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”.
Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilərin vəziyyəti pisdir: "Onların bütün qüvvələri artıq yorulublar".
Musavat.com