"Baxma gözümə, səndən zəhləm gedir, Vaqif"

"Baxma gözümə, səndən zəhləm gedir. Sənə verdiyim çörək gözündən gəlsin. Haramın olsun bizdə yediyin çörək".

Musavat.com bildirir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmiş Ziba Mehralıyeva deyib.

Zərərçəkmiş qeyd edib ki, Vaqif Xaçatryan və qardaşı Qurgen Xaçaturyan dəfələrlə onların ailəsində olub:

"Evimizdə çörək yeyib bizə qənim kəsildiniz. Siz həmişə bizim çörəyimizi yemisiniz. Evimdə illərlə çörək kəsib sonra bizi qırdınız. Çox şərəfsiz adamsan, Vaqif. Haram olsun bizdə yediyin çörək. Məhkəmədən sən ən ağır cəzanı istəyirəm".

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

24.10.2023 11:53
1411