Almaniya ordusunun özünü potensial təhlükələrdən müdafiə edə bilməsi üçün modernləşməyə ehtiyacı var.
Musavat.com report.az-a istinadən xəbər verir ki, bu barədə Bavariya regionunun Baş naziri Markus Zöder deyib.
"Biz ölkəmizi yüz faiz müdafiəqabiliyyətli etməliyik", - o qeyd edib. Siyasətçinin sözlərinə görə, yeni təhlükələrə qarşı yeni texnologiyalardan istifadə edilməlidir.
"Buna görə də silahlı qüvvələrimizə yüz minlik dron ordusu lazımdır", - region lideri vurğulayıb.
Onun fikrincə, Almaniyanın yeni kazarmaları olan müasir infrastruktura ehtiyacı var.
Qeyd edək ki, Zöder Xristian Demokratik İttifaqı ilə birlikdə Bunde