Prezident İlham Əliyev Batumi (Gürcüstan), Aktau (Qazaxıstan), Los-Anceles (ABŞ) və Qarsa (Türkiyə) Azərbaycanın baş konsullarının təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Musavat.com-un məlumatına görə, dövlət başçısı Fuad Süleyman oğlu Əzizovu Batumi, Ayxan Firudin oğlu Süleymanlını Aktau, Vüqar İsrayıl oğlu Qurbanovu Los-Anceles, Zamin Məmməd oğlu Əliyevi isə Qars şəhərinə baş konsul təyin edib.