“Başlanğıcdan bu günə! - 2” adlı layihə həyata keçirilib

Qadın haqları və Gender Bərabərliyi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.07.2023 - 31.08.2023 tarixlərində “Başlanğıcdan bu günə! - 2” – Azərbaycan, Türk-islam tarixi və mədəniyyətinin öyrənilməsi adlı layihə həyata keçirib.

Musavat.com xəbər verir ki, layihə Azərbaycan, Türk-islam tarixi və mədəniyyətinin yerli və beynəlxalq ictimaiyyət səviyyəsində öyrənilməsi, təbliği məqsədi daşıyır.

Layihə çərçivəsində sayı 6 olmaq şərtilə qısa sənədli tarixi film çəkilib.

Musavat TV ilə əməkdaşlıq çərçivəsində çəkilən filmlər sosial şəbəkələrdə paylaşılıb, böyük maraq toplayıb.

03.09.2023 18:25
741