Rus ordusu son 24 saat ərzində bütün cəbhə xətti boyunca hücuma keçib, 164 hərbi toqquşma baş verib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının gündəlik hesabatında qeyd olunub.
Məlumata görə, hücumlarının çoxu Pokrovski istiqamətində dəf edilib. Ruslar ən çox Pokrovski, Kuraxovski və Toretski istiqamətlərində fəallıq göstəriblər.
“Sentyabrın 8-də düşmən Ukrayna bölmələrinin və yaşayış məntəqələrinin mövqelərinə 73 hava zərbəsi endirib. 4770 hücum həyata keçirib ki, onlardan 190-ı çoxsaylı raket sistemlərindən atılıb”, - deyə hesabatda qeyd olunub.
2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə dair real risk var idi.
Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
"2022-ci ilin payızında taktiki nüvə silahlarının mümkün istifadəsi ilə bağlı real riskin olduğu bir an var idi", - o bildirib.
Börns əlavə edib ki, 2022-ci ilin sonunda o, Türkiyədə Rusiya kəşfiyyatının rəhbəri Narışkinlə görüş keçirib və orada rusiyalı rəsmi mümkün nüvə zərbəsinin nəticələri ilə hədələyib.
O, eskalasiya risklərini nəzərdən qaçırmamağa, eyni zamanda Kremli kimisə qorxutmasına imkan verməməyə çağırıb:
"Putin quldurdur. O, silahları ilə səs-küy yaratmağa davam edəcək".
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: