BAŞLANDI! 50 min erməni Zəngəzurdan qaçdı: sərhəddə nə baş verir? CANLI

“2020-ci il müharibəsindən sonra Tavuş, Sünik (Zəngəzur) və Qeqarkuniki (Göyçə mahalının Çəmbərək kəndi) 50 min insan tərk edib”.

Qarabağdan İrəvana qaçan separatçıların keçmiş qondarma “rəsmisi” olmuş Hayk Xanumyanın sözlərinə görə, bu, Ermənistan üçün ciddi problemdir: “İnsanlar Qarabağda baş verənlərdən qorxuya düşərək, sərhəd bölgələrini tərk edirlər. Hakimiyyət isə heç bir iş görmür. Bu o deməkdir ki, Ermənistanın təhlükəsizliyi risk altındadır”.

Separatçı qeyd edib ki, Qarabağda baş verənlər (separatizmin ləğv edilməsi-red) bir gün Ermənistanın başına gələ bilər.

“Nikol Paşinyan son mətbuat konfransında Azərbaycana təhvil veriləcək ərazilərin adlarını açıqladı”. Publika.az xəbər verir ki, bu barədə erməni diplomat Edqar Qazaryan deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın heç bir təklifini qəbul etməyib. “Əksinə, rəsmi Bakı sülh müqaviləsi layihəsində qeyd olunmayan əlavə tələblər irəli sürüb. Azərbaycanın məqsədi yeni ərazilərə nəzarəti bərpa etməkdir. Paşinyan da bu ərazilərin adlarını açıqladı. Bildirdi ki, Azərbaycan Konstitusiyasına görə Sünik (Zəngəzur), Geqarkunik (Göyçə mahalının Çəmbərək rayonu), Aratat (Vedi rayonu), Tavuş, Vayots Dzor (Dərəlyəz) onlara məxsusdir. Və qeyd etdi ki, bununla belə rəsmi İrəvan Azərbaycandan konstitusiyasını dəyişdirməyi tələb etmir. Əslində bunula Azərbaycana qaytarılacaq ərazilərin siyahısını açıqladı”, - erməni diplomat iddia edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Qonağımız siyasi şərhçi Vaqif Hüseyndir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

13.09.2024 11:30
1047