Baş Prokurorluq Şəmkirdə valyutadəyişmə məntəqəsindəki qumbara partlayışı barədə məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Musavat.com-un sorğusana cavab olaraq bildirilib ki, hadisə vaxtı iki nəfər xəsarət alıb.
"Yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində "VAZ 2107" markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır".