Sumqayıt şəhərində dörd nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 21-də Sumqayıt şəhərində ana və üç azyaşlı övladının dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.