Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Qeyd edək ki, elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshVezElanDetails?ElanID=550&TeshKodu=121&VakKodu=141386 məlumat əldə edə bilərsiniz.