İmişli rayonunda 1994-ci il təvəllüdlü İlkin Hüseynovun qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Musavat.com-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Xəyal Surxayev saxlanılıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq davam edir.