Baş Prokurordan Araik və digər separatçılar haqda AÇIQLAMA gəldi - Detallar CANLI

Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaqı beynəlxalq hüququn, beynəlxalq konvensiyaların normalarına riayət olunmaqla davam edir. Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, onlara yekun ittiham elan ediləndən sonraişləri məhkəməyə göndəriləcək. Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi dəyərləndirir, Azad Vətən Partiyasının sədri Akif Nağı ilə söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


20.01.2024 11:57
2159