Bakıda "Xəzər dənizinin akvatoriyasında ekoloji təhdidlər və hüquqpozmalar:dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları" mövzusunda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü keçirilir.
Musavat.com xəbər verir ki, görüşdə Baş Prokuror Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Xəzəryanı ölkələrin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxsləri iştirak edirlər.
Baş Prokuror Kamran Əliyev çıxışında martın 22-də Rusiyada baş verən terror aktı ilə bağlı danışıb:
"Martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı. Bu terror aktını şiddətlə qınayır, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm".
Qeyd edək ki, “Crocus Qrup”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarovdur.
Nigar HƏSƏNLİ,
Musavat.com